525.Az

"Dəyişiklikdə vətəndaşın razılığı xüsusi olaraq qeyd olunub” - Mütəxəssis fikri


 

 "Dəyişiklikdə vətəndaşın razılığı xüsusi olaraq qeyd olunub” - <b style="color:red">Mütəxəssis  fikri</b>

"Əvvəllər dövlət tərəfindən müxtəlif layihələrin icrası zamanı vətəndaşların torpaq sahələri alınarkən əsasən kompensasiya ödənilirdi və bu da bir çox hallarda narazılıqlara səbəb olurdu. Vətəndaş ya nəticədən razı qalırdı, ya da qalmırdı. Nəticədə çoxsaylı məhkəmə çəkişmələri yaranırdı. İndi isə dəyişiklikdə vətəndaşın razılığı xüsusi olaraq qeyd olunub”.

Əmlak Əmlak məsələri üzrə ekspert Vüqar Oruc bu fikri 525.az-a söyləyib. Ekspert vurğulayıb ki,,

yeni mexanizmdə vətəndaşa iki alternativ təqdim edilir – kompensasiya və ya alternativ torpaq sahəsi:

“Bu da müsbət xüsusiyyətdir. Çünki bəzi hallarda vətəndaş öz torpaq sahəsini dəyişmək istəmir və gündən-günə bahalaşan əmlak qiymətləri fonunda aldığı kompensasiya ilə eyni ölçüdə və eyni ərazidə torpaq almaqda çətinlik çəkir. Bu baxımdan dəyişiklik müsbət hadisədir”.

Sevinc Qarayeva

 





24.06.2026    çap et  çap et