525.Az

"Bu proses uzunmüddətli olmayacaq" - İqtisadçı


 

"Bu proses uzunmüddətli olmayacaq" - <b style="color:red">İqtisadçı</b>

“Hazırda yumurtanın ucuzlaşması mövsümi amillərlə bağlıdır. Yay dövründə məhsuldarlıq yüksəlir, eyni zamanda xarici bazarlara ixracda müəyyən məhdudiyyətlər və çətinliklər yaranır. Nəticədə məhsulun bir hissəsi daxili bazara yönəlir və qiymətlər aşağı düşür. Lakin bu proses uzunmüddətli olmayacaq".

İqtisadçı ekspert Razi Razi Abasbəyli bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, qış aylarına yaxın yenidən bahalaşma müşahidə ediləcək:

"Əgər maya dəyəri əsasında hesablamalar aparılsa, görünər ki, quşçuluq təsərrüfatlarının xərcləri heç də aşağı deyil. Enerji təminatı, yem bazası, baytarlıq preparatları və digər istehsal xərcləri qiymətlərin aşağı düşməsinə imkan vermir”.

Sevinc Qarayeva

 





24.06.2026    çap et  çap et