525.Az

Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub - AZAL


 

Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub - <b style="color:red"> AZAL</b>

Azərbaycan Hava Yollarının 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

525.az-a AZAL-dan verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda deyilir.

 





24.06.2026    çap et  çap et