525.Az

Kurtulmuş və Qalibaf Bakıda görüşdülər


 

Kurtulmuş və Qalibaf Bakıda görüşdülər<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT) 20-ci Konfransı çərçivəsində Bakıda İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ilə görüşüb.

Bu barədə 525.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüşdə ABŞ/İsrail-İran müharibəsi və sülh danışıqları, İsrailin bölgədəki, xüsusən də Fələstin ərazilərindəki hərəkətlətini, qlobal və regional inkişaflar müzakirə olunub.

TBMM sədri Kurtulmuş Qalibafın başçılığı ilə İsveçrədə ABŞ ilə danışıqlarda əldə edilən müsbət irəliləyişi böyük məmnuniyyətlə qarşıladıqlarını, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin beynəlxalq hüquqa uyğun olaraq dayanıqlı sülh müqaviləsi ilə başa çatmasını istədiklərini bildirib.

Kurtulmuş, Türkiyənin sülh danışıqlarına ev sahibliyi edən Pakistan və Qətərlə əməkdaşlıq edərək, müsbət addımların atılması üçün fövqəladə səylər göstərdiyini və dəstək verdiyini deyib. O, İranın davamlı sülhə, əmin-amanlığa, təhlükəsizliyə və dincliyə nail olacağına, əldə edilən sülhdən bütün bölgənin faydalanacağına ümidvar olduğunu söyləyib.

Qalibaf Bakıda Kurtulmuşla Bakıda görüşməkdən məmnun olduğunu bildirib, Türkiyənin dost və qardaş kimi dəstəyini yüksək qiymətləndirdiklərini deyib.

O, qonşu və dost ölkələrin İrana dövlətinə və xalqına hər sahədə dəstəyinin şahidi olduqlarını bildirib və Türkiyənin bu hücumları pisləyən sürətli reaksiyasından məmnunluğunu ifadə edib.

Pərvanə Sultanova

 





24.06.2026    çap et  çap et