525.Az

Anar Əliyev Salyanda vətəndaşları qəbul edib


 

Anar Əliyev Salyanda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.

525.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Salyan sakinləri Hacıyeva Sehrayə Sahib qızı və Məmmədov Sakit İmanverdi oğlu üçün qurulmuş kiçik ailə təsərrüfatlarına baxış keçirilib.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Salyan rayonunda 1500 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.

 





24.06.2026    çap et  çap et