525.Az

Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb


 

Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

525.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





24.06.2026    çap et  çap et