Livan və İsrail rəsmiləri Vaşinqtonda keçirilən danışıqlar zamanı “Hizbullah” ilə münaqişə zamanı işğal edilmiş cənub ərazilərinə nəzarəti Livan ordusuna təhvil vermək ideyasını müzakirə edirlər.
525.az xəbər verir ki, bu badə Reuters Livan və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin mənbələri bildirib ki, ABŞ-ın dəstəklədiyi plana əsasən, Livan qoşunları əvvəlcə Amerika təlimi və yoxlamasından keçməlidirlər. Bununla ABŞ həmin qoşun hissələrinin “Hizbullah”la əlaqəsi olmadığına əmin ola bilər. İsrail də öz növbəsində Livanla sərhəddəki bufer zonasında hərbi mövcudluğunu qorumalıdır.
Qeyd edək ki, iyunun 23-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Livan-İsrail danışıqlarının beşinci raundu başlayıb.
Pərvanə Sultanova
çap et