“ABŞ və İran iki ölkə arasında imzalanmış anlaşma memorandumuna birgə riayət etməli və onu həyata keçirməlidirlər”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Jiakun bildirib
O xatırladıb ki, ABŞ və İran qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənədə əsasən, tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, bundan sonra bir-birinə qarşı heç bir hərbi əməliyyata başlamamağı və bir-birinin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdələrinə götürüblər.
XİN rəsmisinin sözlərinə görə, bu memorandum beynəlxalq ictimaiyyət üçün müsbət siqnal rolunu oynayır, o, qorunub saxlanılmalı və birgə həyata keçirilməlidir.
“Çin öz metodlarından istifadə edərək yardım göstərməyə, regionda sülhün və sabitliyin tezliklə bərpası üçün konstruktiv rol oynamağa hazırdır”, - rəsmi nümayəndə əlavə edib.
Pərvanə Suıtanova
çap et