525.Az

“İran Hörmüzdən keçid üçün ödəniş alsa, danışıqlar dərhal dayandırılacaq” - Tramp


 

“İran Hörmüzdən keçid üçün ödəniş alsa, danışıqlar dərhal dayandırılacaq” - <b style="color:red"> Tramp</b>

“İran hakimiyyəti ABŞ-ı Hörmüz boğazından keçən gəmilər üçün rüsum almayacağına əmin edib. Rüsum alındığı ortaya çıxsa, ABŞ İranla danışıqları dərhal dayandıracaq”.

525.az xəbər verir ki, bu bardə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"İran ABŞ-a məlumat verib ki, yalan xəbərlərə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya digər ödəniş tələb etmir. Tehrandan alınan məlumatın yalan olduğu sübut olunarsa, danışıqlar dərhal dayandırılacaq", - Tramp əlavə edib.

Pərvanə Sultanova

 





24.06.2026    çap et  çap et