"Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə İranda müharibənin dayandırılmasını Azərbaycanda sevinc hissi ilə qarşılandığını deyib".
525.az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı Azərbaycan tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib.
çap et