525.Az

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir


 

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir<b style="color:red"></b>

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

525 az-ın məlumatına görə, Təzəpir məscidi ilə yanaşı, Bakı və regionlarda ümumilikdə 30 məntəqədə qanvermə aksiyasının təşkili nəzərdə tutulub.

Bu məntəqələrin 23-ü məscid, qalanları isə xəstəxana və ziyarətgahlardır.

Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək.

 





25.06.2026    çap et  çap et