525.Az

Bankların xalis mənfəəti 29 faizdən çox artıb


 

Bankların xalis mənfəəti 29 faizdən çox artıb<b style="color:red"></b>

2026-cı ilin yanvar – may ayları ərzində Azərbaycanda banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər.

525.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,35% çoxdur.

Hesabat dövründə banklar 837.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134.7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

 

 

 

 





25.06.2026    çap et  çap et