525.Az

Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb


 

Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb<b style="color:red"></b>

Bu ilin may ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 189.7 milyon manat vəsait daxil olub.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat ayında banklardan xaricə göndərilən vəsaitin həcmi isə 39.7 milyon manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

 





25.06.2026    çap et  çap et