525.Az

Azərbaycandakı dini konfessiyaların rəhbərləri qanvermə aksiyasına qoşulublar


 

Azərbaycandakı dini konfessiyaların rəhbərləri qanvermə aksiyasına qoşulublar<b style="color:red"></b>

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və nümayəndələri Aşura günü ilə əlaqədar qanvermə aksiyasında iştirak ediblər.

525.az xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsində təşkil olunub.

Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Müfti Hacı Salman Musayev də aksiyada iştirak edib.

Qeyd edək ki, ilk dəfədir Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğundan aksiyada iştirak edə bilmir.

 





25.06.2026    çap et  çap et