525.Az

Konqo höküməti Belçikadan yüzlərlə konqolunun qalıqlarını tələb edir


 

Konqo höküməti Belçikadan yüzlərlə konqolunun qalıqlarını tələb edir<b style="color:red"></b>

Konqo Demokratik Respublikasının prezidenti Cudit Suminava Tuluka Belçika hökümətinə rəsmi müraciət ünvanlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın hökümət rəhbəri Bart de Veverə ünvanlanmış məktubda müstəmləkəçilik dövründə ölkədən çıxarılmış yüzlərlə konqolunun qalıqlarının qaytarılması tələb olunur.

Hələ ötən ilin noyabrında Təbiət Elmləri Muzeyi sərgi təşkil etmişdi. Sərgidə 250 afrikalının kəllə sümüyü nümayiş etdirilmişdi. O vaxt belçikalı nazir Vanessa Mats ölkəsinin müstəmləkəçilik dövründə Afrika ölkələrindən gətirilmiş insan qalıqlarını qaytarmağa hazır olduğunu, bunu üçün Konqo da daxil olmaqla digər dövlətlərdən müraciət gözlədiklərini bildirmişdi. İndi həmin müraciət edilib və ona bu ilin noyabrında baxılacağı gözlənilir.

Qeyd edək ki, hazırda Belçikanın müxtəlif muzeylərində 500-dən çox afrikalının qalıqları saxlanılır. Onlar müstəmləkəçilik dövründə Konqo, Burundi və Ruandadan hərbi qənimət kimi və təcrübə məqsədilə ölkəyə gətirilib.

L.Tağıyeva

 





25.06.2026    çap et  çap et