525.Az

Rusiyada ağır qol qəzası, 5 ölü


 

Rusiyada ağır qol qəzası, 5 ölü<b style="color:red"></b>

Başqırdıstanda 2 minik avtomobilinin toqquşması faciə ilə nəticələnib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrində olan 7 nəfərin 5-i dünyasını dəyişib.

Hadisə Ufa-İnzer-Beloretsk yolunun 195-ci kilometrliyində baş verib. UAZ "Patriot"la "Lada Larqus" "kəllə kəlləyə" toqquşub. Ağır xəsarətlər alan 11 və 3 yaşlı uşaqlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb, qəzanın səbəbləri araşdırılır.

L.Tağıyeva

 





25.06.2026    çap et  çap et