Krasnodarsk vilayətində Mi-2 helikopteri qəzaya uğrayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Prikubansk yaşayış məntəqəsi yaxınlığında baş verib.
Kənd təsərrüfatı işlərinə cəlb edilən helikopterin düşməsinə səbəb mühərrikdə yaranmış nasazlıq olub. Nəqliyyat vasitəsinin pilotu ağır yaralansa da, sağ qalıb.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
L.Tağıyeva
çap et