525.Az

ADY Çindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır


 

ADY Çindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır <b style="color:red"></b>

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive Co., Ltd.” şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb.

ADY-dən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub.

Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan “CRRC Zhuzhou” ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır.

ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyatının modernləşdirilməsi sərnişinlərə daha rahat, təhlükəsiz, etibarlı və dayanıqlı xidmət göstərilməsi baxımından prioritet istiqamətlərdəndir: “ADY-nin hədəflərindən biri artan sərnişin tələbatına çevik cavab verən müasir hərəkət tərkibi parkı formalaşdırmaqdır. Yeni sərnişin qatarlarının alınması üzrə danışıqlar həm şəhərətrafı, həm də rayonlararası marşrutlarda xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Görüşdə Azərbaycanın dəmir yollarında rayonlararası istiqamətlər üzrə istifadə olunacaq 4 ədəd yeni sərnişin qatarının ilə alınması bağlı danışıqlar aparılıb, “CRRC Zhuzhou” tərəfindən təqdim olunan qatarlara baxış keçirilib. Tərəflər hərəkət tərkiblərinin texniki parametrləri, enerji səmərəliliyi, süni intellektlə çalışan müasir təhlükəsizlik sistemləri, istismar dayanıqlılığı, ehtiyat hissələri ilə təminat, texniki xidmət və təlim imkanları üzrə fikir mübadiləsi aparıblar.

 





25.06.2026    çap et  çap et