525.Az

Neymar paltardəyişmə otağında ağlayıb


 

Neymar paltardəyişmə otağında ağlayıb<b style="color:red"></b>

Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-da ilk oyununa çıxdıqdan sonra emosional açıqlama verib.

525.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Uzun fasilədən sonra yenidn millidə meydana çıxan ulduz futbolçu görüşdən sonra bildirib ki, sevinc göz yaşlarını saxlaya bilməyib: "Paltardəyişmə otağında ağladım. Ölkəmə kömək edə bildiyim üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Neymarın dünya çempionatında meydana qayıdışı həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. O, 980 günlük fasilədən sonra millidə oyuna çıxıb. 34 yaşlı hücumçu son dəfə 2023-cü ilin oktyabrında  meydanda olmuşdu.

Xatırladaq ki, Braziliya Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsini uğurla başa vurub. Neymar isə qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub.

 





25.06.2026    çap et  çap et