525.Az

Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb


 

Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb<b style="color:red"></b> Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb.
 
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
Onun sözlərinə görə, hazırda həmin stansiyada təmir işləri gedir: “Keçidlər təmir olunur və mərmərlərin dəyişmə prosesinə başlanılıb. Orada eyni zamanda kommunikasiya xətləri də dəyişdiriləcəyi üçün bir istiqamətdəki (Tofiq Bəhramov adına stadion) giriş-çıxış müvəqqəti bağlanıb. Amma digər giriş-çıxışlar açıqdır. Bu təmir xüsusilə sərnişinlərin az olduğu həftə sonu və bir gün qeyri-iş günü nəzərə alınaraq aparılır. Təmirə bağlanan giriş-çıxış gələn həftənin ilk iş gününə qədər açılacaq”.
 





07.03.2015    çap et  çap et