525.Az

“Avtomobillərin utilizasiya yaşı dünyanın müxtəlif ölkələrində müxtəlif illəri əhatə edir" - İqtisadçı


 

“Avtomobillərin utilizasiya yaşı dünyanın müxtəlif ölkələrində müxtəlif illəri əhatə edir" - <b style="color:red">İqtisadçı </b>

“Avtomobillərin utilizasiya yaşı dünyanın müxtəlif ölkələrində müxtəlif illəri əhatə edir. Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən azca çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir”.

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib. Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə vətəndaşları avtomobillərin utilizasiyasına stimullaşdırmaq üçün müxtəlif proqramlar tətbiq olunur. Bunların bir qismi məcburetmə xarakterlidir: müəyyən istismar müddətini keçən avtomobillər üçün vergi məbləği kəskin artırılır. Həvəsləndirmə xaraterli tədbirlərə avtomobilini vaxtında utilizasiyaya verənlərə birdəfəlik ödənişin edilməsi, həmçinin yeni avtomobil almaq üçün güzəşt kuponunun verilməsi daxildir. Əksər ölkələrdə utilizasiya haqqı avtomobil satın alınarkən ödənilir, bəzilərində yol vergisinin tərkibinə daxil edilir:

“Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir. Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. Məsələn, "Mercedes-Benz" şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur".

Sevinc Qarayeva 
 

 





25.06.2026    çap et  çap et