525.Az

Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269,45 litr qan toplanıb - YENİLƏNİB


 

Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269,45 litr qan toplanıb -<b style="color:red"> YENİLƏNİB</b>

Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında günün yekun nəticələrinə əsasən, ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.

525.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, donorlardan toplanan qanın ümumi həcmi 1269,45 litr olub.

***

Aşura Günü çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında saat 14:00-a olan məlumat açıqlanıb.

525.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, qan verən donorların sayı 2 min 534 nəfərə çatıb.

Toplanmış qanın həcmi isə 1140,3 litr təşkil edib.

 





25.06.2026    çap et  çap et