525.Az

“Bu, Aİİ-nin faktiki mövcud olmadığı anlamına gəlir” - Paşinyan 


 

“Bu, Aİİ-nin faktiki mövcud olmadığı anlamına gəlir” - <b style="color:red">  Paşinyan </b>

“Avrasiya İqtisadi İttifaqı malların, xidmətlərin, işçi qüvvəsinin və maliyyənin sərbəst hərəkəti prinsiplərinə əsaslanır. Bu sərbəst hərəkət təmin edilməzsə, Aİİ-nin mövcudluğu şübhə altındadır”.

525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

KTMT ilə olduğu kimi, Aİİ ilə sə münasibətləri dondurmağın mümkünküyü barədə danışan 
Paşinyan bildirib:

"Aİİ-nin dörd prinsipi var: malların, xidmətlərin, işçi qüvvəsinin və maliyyənin sərbəst hərəkəti. Əgər sərbəst hərəkət yoxdursa, deməli, Aİİ də yoxdur".

Paşinyanın sözlərinə görə, problem müvəqqətidirsə, bu, başadüşüləndir, amma uzun müddət uzanarsa, artıq fərqli məna kəsb edəcək.

“Yaxşı, problem bir ay, iki ay, üç ay davam edə bilər. Amma dördüncü ayda da problem hələ qalırsa, bu, Avrasiya İqtisadi İttifaqının faktiki olaraq mövcud olmadığı anlamına gəlir”, - o bildirib.

Pərvanə Sultanova

 





25.06.2026    çap et  çap et