525.Az

Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb


 

Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb<b style="color:red"></b>

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.
 
Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir".

Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

 





07.03.2015    çap et  çap et