“TRIPP layihəsinin icra mərhələsindədir, onun həyata keçirilməsində hər hansı siyasi və ya maliyyə maneləri yoxdur”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Davamlı iş prosesi gedir. Mühəndislik, layihələndirmə, maliyyə və logistika məsələləri hər gün olmasa da, ən azı həftəlik əsasda müzakirə olunur. Başqa sözlə, proses irəliləyir və əgər texniki problemlər maneə yaratmasa, tikinti işlərinin artıq bu il başlamasını görmək istəyirik”, –Baş nazir qeyd edib.
Ermənistan və ABŞ arasında əməkdaşlıqdan danışan Paşinyan bildirib ki, yaxın gələcəkdə mühüm ikitərəfli sənədi ratifikasiya etməyi və onun praktiki tətbiqi mərhələsinə keçməyi planlaşdırırlar.
Pərvanə Sultanova
çap et