“Ermənistan Azərbaycan ərazisindən internet trafikinin tranzitində şəxsi məlumatlar üçün heç bir risk və təhdid görmür”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz daim deyirik ki, Ermənistan tranzit mərkəzinə çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi və siyasi çəkimiz və təhlükəsizliyimiz bir o qədər artır. Buna qarşı çıxan hər kəs Ermənistanın münaqişə vəziyyətində qalmasını istəyir", - Baş nazir deyib.
Xatırladaq ki, iyunun 22-də “AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan ərazisindən beynəlxalq internet trafikinin tranziti ilə bağlı ikitərəfli müqavilə imzalayıblar.
Pərvanə Sultanova
çap et