“Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda “Əsgərcell” xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.
Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda “ağ siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq.
“Əsgərcell” təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. “Əsgərcell” nömrələrinin istifadə müddəti 18 ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.
Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: Əsgərcell.
“Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.
Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik!
çap et