525.Az

Ukrayna ordusu Rusiyanın neft obyektlərinə zərbələr endirib


 

Ukrayna ordusu Rusiyanın neft obyektlərinə <b style="color:red"> zərbələr endirib</b>

“Ukrayna ordusu gecə Kubandakı neft bazasına, səhər isə cəbhə xəttindən 1500 kilometr aralıda yerləşən Ufadakı iki neft emalı zavoduna zərbələr endirib”.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

Onun sözlərinə görə, Rusiyanın Krasnodar vilayətində yerləşən “Poltavskaya” neft bazasına zərbə endirilib. Obyekt cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşir.  Həmin gün səhər Ufadakı iki neft emalı zavoduna – “Başneft-Ufaneftxim” və “Başneft-Novoyl”a zərbələr endirilib, bu, cəbhədən 1500 kilometr məsafədədir.

"Uzunmənzilli əməliyyatlarımız Rusiyanın müharibəni uzatmasına və Ukrayna şəhərlərinə, icmalarına hücumlarına ardıcıl və dəqiq cavablardır", - prezident bildirib.

Pərvanə Sultanova

 





25.06.2026    çap et  çap et