525.Az

"Fransa Rusiyanın “kölgə donanması”na məxsus tankeri saxlayıb" -  Makron


 

"Fransa Rusiyanın “kölgə donanması”na məxsus tankeri saxlayıb" - <b style="color:red"> Makron</b>

Fransa Hərbi Dəniz Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus olan “Deliver” tankerini Siciliya sahillərində saxlayıb.

525.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında bildirib.

"Dəniz qüvvələri “Deliver” tankerini çərşənbə axşamı Siciliya sahillərində dəniz qanunlarını pozaraq üzərkən ələ keçirib", - Makron qeyd edib.

O vurğulayıb ki, Avropa “kölgə donanması”nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə imkan verməyəcək və bütün lazımi addımları atacaq.

Pərvanə Sultanova

 





25.06.2026    çap et  çap et