525.Az

Tanınmış kinorejissor şəxsi arxivini Dövlət Film Fonduna təhvil verib


 

Tanınmış kinorejissor şəxsi arxivini Dövlət Film Fonduna təhvil verib<b style="color:red"></b>

Tanınmış kinorejissor Şamil Əliyev şəxsi arxivini qorunub saxlanılması üçün Azərbaycan Dövlət Film Fonduna təhvil verib.

525.az-a Fonddan bildirilib ki, təhvil verilən materialların sırasına Azərbaycan kino tarixini və rejissorun şəxsi yaradıcılığını əks etdirən bir sıra ssenarilər, plakatlar, fotoşəkillər, qəzetlər, dəvətnamələr və s. sənədlər daxildir.

Təqdim edilən fotoşəkillər 1940-cı illərdən başlayaraq, Azərbaycan bədii, sənədli və animasiya filmlərinin 50 ildən artıq dövrünü əhatə edir. Rejissor Ş.Əliyevin müxtəlif video daşıyıcılarında saxlanılan film və film materialları da təhvil verilən şəxsi arxivdə öz əksini tapıb.

 





25.06.2026    çap et  çap et