Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konsert proqramı reallaşıb.
525.az-a Filarmoniyadan bildirilib ki, konsertdə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak edib.
Tədbirdə əvvəlcə sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova çıxış edib, gənc musiqiçilərin peşəkar inkişafı və yaradıcılıq uğurları barəsində fikirlərini bölüşüb.
Konsert proqramında Prezident təqaüdçüsü Zərrin Əliyeva, Əli Əliyev (saksofon), Mələk Mustafazadə, İlay Kərimli, Nuray Səmədova, Həcər Hüseynli, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Bağırov, Xədicə Qasımova və Kənan Məmmədzadə çıxış ediblər.
Proqramda N.Paganini, A.Vivaldi, E.Bloch, N.Əliverdibəyov, C.Quliyev, T.Bakıxanov, P.Sarasate, A.Əliyev, M.Falla, C.Saint-Saëns və A.Schnittke kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.
Tədbirin sonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və professor Hökümə Əliyeva çıxış edərək gənc ifaçılara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
çap et