525.Az

“ABŞ və İran gərginliyi azaltmaq üçün əlaqə kanalı yaradır” -  Vens


 

“ABŞ və İran gərginliyi azaltmaq üçün əlaqə kanalı yaradır” - <b style="color:red"> Vens</b>

“ABŞ və İran gərginliyi azaltmaq və mübahisəli məsələləri həll etmək üçün əlaqə kanalı yaratmaq barədə razılığa gəliblər”.

525.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

"Bizim nail olmaq istədiyimiz məqsədlərdən biri İran tərəfi ilə gərginliyin azaldılmasına xidmət edəcək bir kanal yaratmaq idi. Və biz buna nail olduq", - Vens bildirib.

Onun dediyinə görə, söhbət İran tərəfi ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) arasında əlaqə mexanizmindən gedir.

“Onlar dedilər: ‘Yaxşı, biz SEPAH-dan bir nümayəndəni Dohaya göndərəcəyik ki, o, CENTCOM-dan kiminləsə görüşsün’”, –ABŞ-ın vitse-prezidenti söyləyib.

Əlavə edib ki, Vaşinqton və Tehran bir çox mübahisəli məsələləri məhz bu cür əlaqə mexanizmi vasitəsilə tənzimləməyi planlaşdırırlar.

Pərvanə Sultanova

 





25.06.2026    çap et  çap et