525.Az

Buzadırmanma üzrə Dünya Çempionatında millimiz ikinci yeri tutub


 

Buzadırmanma üzrə Dünya Çempionatında millimiz ikinci yeri tutub<b style="color:red"></b> Bu il martın 6-8-də Rusiyanın Kirov şəhərində keçirilmiş Buzadırmanma üzrə Dünya Çempionatında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan milli yığma komandası ikinci yeri tutub.
 

Federasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, yarışlarda ölkəmizi idmançılardan Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil ediblər.
 





09.03.2015    çap et  çap et