Yunanıstanda yanğınsöndürmə helikopteri gölə düşüb.
525.az xəbər verir ki, bu barədə Yunanıstan dövlət televiziyası ERT məlumat yayıb. Bildirilib ki, Qrebenedəki yanğını söndürmək üçün İoanninadan havaya qalxan helikopter Aou Dam gölünə düşüb.
İlkin məlumatlara görə, helikopter su qəbulu zamanı tarazlığını itirib. Pilot suyu buraxaraq tarazlığını bərpa etməyə çalışsa da, helikopter qəzaya uğrayıb.
Pilot və heyət üzvü vaxtında xilas ola bilib və üzərək göldən çıxıb. Yüngül xəsarət alan iki heyət üzvü ehtiyat tədbiri olaraq İoannina Dövlət Xəstəxanasına aparılıb.
Su altında qalan helikopteri göldən çıxarmaq üçün çalışmalar davam edir.
İbrahim Cəfərov
çap et