525.Az

Venesuelada zəlzələdə ölənlərin sayı 160-ı ötüb


 

Venesuelada zəlzələdə ölənlərin sayı 160-ı ötüb<b style="color:red"></b>

Venesuelada baş vermiş ardıcıl iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 971-dir.

Xatırladaq ki, dünən yerli vaxtla saat 18:04-də episentri paytaxt Karakasdan təxminən 168 kilometr qərbdə yerləşən Morn şəhərində əvvəlcə 7.2 bal gücündə zəlzələ baş verib. 39 saniyə sonra baş verən ikinci zəlzələnin gücü isə 7.5 bal olub.

Paytaxt Karakasda binalar uçub, beynəlxalq hava limanı bağlanıb və ölkənin bəzi əraziləri fəlakət zonaları elan edilib.

İbrahim Cəfərov

 





25.06.2026    çap et  çap et