525.Az

Ərini öldürüb 15 il soyuducuda saxladı


 

Ərini öldürüb 15 il soyuducuda saxladı<b style="color:red"></b>

Yaponiyada təsadüf nəticəsində 2011-ci ildən itkin düşmüş kişinin meyiti tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hyoqo prefekturasının Kobe şəhərində baş verib.

Yaşayış binasının komendantı mənzillərin birindən pis qoxu gəlməsi ilə bağlı polisə müraciət edib. Məsələni araşdıran polis soyuducuda bir neçə hissəyə parçalanmış və səliqə ilə paketlərə yığılmış kişi meyiti aşkarlayıb. Araşdırma zamanı onun 15 il əvvəl itkin düşmüş 42 yaşlı Yutaka Niqusitiyə məxsus olduğu üzə çıxıb. Yutakanın həyat yoldaşı Aki Motudzuki şübhəli şəxs qismində saxlanılıb.

O da məlum olub ki, qadın mənzili 3 il əvvəl kirayələyib. Kommunal xərcləri qarşılasa da, başqa ünvanda yaşayırmış.

Qeyd edək ki, cinayətin üstünün açılmasına binada elektrik enerjisinin kəsilməsi səbəb olub. Buzu əriyən meyit iy verməyə başlayıb.

L.Tağıyeva

 





25.06.2026    çap et  çap et