525.Az

“Rəqəmsal bacarıqlar” layihəsi genişlənir: 530 min şagird cəlb olunub


 

“Rəqəmsal bacarıqlar” layihəsi genişlənir: 530 min şagird cəlb olunub<b style="color:red"></b>

2017-ci ildən ölkədə tətbiq edilən “Rəqəmsal bacarıqlar” layihəsi 2025/2026-cı tədris ilində ölkə üzrə 768 ümumi təhsil müəssisəsini və 530 min şagirdi əhatə edib.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsinin əsas məqsədi şagirdlərin İKT bacarıqlarına daha dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinin təmin olunması və müasir rəqəmsal səriştə və bacarıqlara malik fərdlər kimi formalaşmasına dəstək göstərilməsidir.

 





26.06.2026    çap et  çap et