Qlobal fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə edilib.
525.az xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones indeksi 71,72 bənd və ya 0,14% artaraq 51 920,62 bəndə yüksəlib.
S&P 500 indeksi 0,01% azalaraq 7 357,49 bənd, Nasdaq Composite indeksi 0,46% geriləyərək 25 358,60 bənd təşkil edib. NYSE Composite indeksi isə 0,50% artaraq 23 610,72 bəndə, Kanada fond bazarında S&P/TSX Composite indeksi isə 0,33% yüksələrək 34 850,21 bəndə çatıb.
Avropa fond bazarlarında isə əsasən müsbət dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,85% artaraq 6 267,53 bəndə yüksəlib. FTSE 100 indeksi 0,65% bahalaşaraq 10 529,89 bənd, Almaniyanın DAX indeksi 1,03% artaraq 24 994,83 bənd, Fransanın CAC 40 indeksi 0,55% yüksələrək 8 431,61 bənd təşkil edib. İspaniyanın IBEX 35 indeksi isə 0,64% artaraq 19 513,60 bəndə çatıb.
çap et