Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “PASHA Property Management” şirkətinin əməkdaşları üçün əməyin mühafizəsinə dair təlim təşkil olunub.
Xidmətdən 525.az-a verilən məlumata görə, tədbirdə şirkətin müxtəlif struktur bölmələrini təmsil edən 17 əməkdaş iştirak edib. Təlim zamanı əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə və iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Təlim çərçivəsində iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr də səsləndirilib.
Qeyd edək ki, təlim iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunması, peşə risklərinin vaxtında müəyyənləşdirilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində əməkdaşların bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edib.
çap et