525.Az

Uruqvay millisində baş məşqçi ilə futbolçular arasında gərginlik


 

Uruqvay millisində baş məşqçi ilə futbolçular arasında gərginlik<b style="color:red"></b>

DÇ-2026 zamanı Uruqvay millisinin düşərgəsində futbolçularla baş məşqçi Marselo Bielsa arasında gərginlik yaşanıb.

525.az xəbər verir ki, bu barədə “El Espectador” məlumat yayıb.

Mənbənin iddiasına görə, qapıçı Serxio Roçet, yarımmüdafiəçilər Manuel Uqarte, Rodriqo Bentankur və Federiko Valverde də daxil olmaqla bir neçə aparıcı futbolçu argentinalı mütəxəssislə görüş keçirib.

Futbolçular məşq yüklənmələrinin həddindən artıq çox olmasından narazılıq edərək bunun zədələrə səbəb olduğunu bildiriblər. Onlar həmçinin İspaniya ilə qarşıdakı oyun üçün seçilən taktikanı tənqid ediblər.

Bundan sonra Bielsa bütün komandanı toplayaraq təxminən 50 dəqiqəlik çıxış edib. Təcrübəli mütəxəssis futbolçuların iradlarını qəbul etməyib və buna bənzər halların əvvəllər də yaşandığını vurğulayıb.

Məlumata görə, narazılıq bununla bitməyib. Bir neçə futbolçu məşqçinin nitqi başa çatmamış iclası tərk edib. Komandanın kapitanı Xose Ximenes onları saxlamağa çalışsa da, buna nail ola bilməyib.

 





26.06.2026    çap et  çap et