2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Peşə təmayüllü siniflər” layihəsi hazırda ölkə üzrə 321 ümumtəhsil məktəbində və pilot olaraq 1 xüsusi təhsil məktəbində fəaliyyət göstərir.
Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, layihə çərçivəsində 527 sinif və 1 xüsusi təhsil sinfi üzrə ümumilikdə 9 min 135 şagird və 1399 müəllim tədris prosesinə cəlb olunub.
Qeyd edək ki, peşə təmayüllü siniflərdə 4 profil üzrə müxtəlif ixtisaslar - dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür və pedikür üzrə mütəxəssis, ofisiant və barista, foto və videoqraf, telefon təmiri üzrə usta, helpdesk, qrafik dizayner və kompüter operatoru peşələri tədris olunur.
çap et