525.Az

Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ


 

Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur -<b style="color:red"> XƏBƏRDARLIQ</b>

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

525.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.

 





26.06.2026    çap et  çap et