525.Az

Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar


 

Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar<b style="color:red"></b>

Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 





26.06.2026    çap et  çap et