Azərbaycan cüdoçusu Əhməd Yusifov Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə bürünc medal qazanıb.
525.az-a Cüdo Federasiyasından bildirilib ki, 60 kiloqram çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.
Sabah yığmanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Azərbaycanın 17 cüdoçu ilə təmsil olunduğu turnirə iyunun 28-də yekun vurulacaq.
çap et