525.Az

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 faiz artıb


 

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 faiz artıb<b style="color:red"></b>

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 908,4 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 3 %, ötən il iyunun 1-i ilə müqayisədə 9 % çoxdur.

Kredit qoyuluşunun 22 milyard 643,6 milyon manatı və yaxud 68,8 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 7,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 242,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,3 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 25 %-ə çatıb.

İyunun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 22,6 milyon manat olub. Bu, illik müqayisədə 12,2 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6 %-dən 6,1 %-ə qalxıb.

Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 52-dir.

 





26.06.2026    çap et  çap et