525.Az

Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 18 faizdən çox artıb


 

Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 18 faizdən çox artıb<b style="color:red"></b>

Bu il iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 232,8 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,2 %, ilin əvvəlinə nisbətən 1,2 % çox, ötən il iyunun 1-i ilə müqayisədə 2,3 % azdır.

Depozit portfelinin 47,4 %-i, yaxud 20 milyard 035,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 19,3 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,2 % artaraq 17 milyard 799,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 33,1 % artaraq 4 milyard 397,6 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 687,4 milyon manatı (1 il əvvələ nisbətən 7,5 % az) qısamüddətli, 19 milyard 545,4 milyon manatı (+4,6 %) isə uzunmüddətli olub.

 





26.06.2026    çap et  çap et