525.Az

Azərbaycan pambıq ipliyi istehsalını 44 faiz artırıb


 

Azərbaycan pambıq ipliyi istehsalını 44 faiz artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10,7 min ton pambıq ipliyi istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.

Bu il iyunun 1-nə ölkədə 3,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,8 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 18,4 % çoxdur.

 





27.06.2026    çap et  çap et