525.Az

Cəlilabadda ev təmamilə yanıb


 

Cəlilabadda ev təmamilə yanıb<b style="color:red"></b>

Cəlilabad rayonunda ev yanıb.

525.az xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 45 yaşlı Eldəniz Bağırova məxsus 100 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 





27.06.2026    çap et  çap et