DÇ-2026 çərçivəsində keçirilən Norveç - Fransa matçından sonra silahlı insident baş verib.
525.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
İnsident nəticəsində dörd nəfər güllə yarası alıb.
Massaçusets Polis Departamentinin açıqlamasında deyilir: “Cümə günü gecə yarısından az əvvəl atışma ilə bağlı bir neçə müraciət daxil olub. Polis əməkdaşları Meyn-strit və Park-stritin kəsişməsinə gəldikdə, azı 4 nəfərin güllə yarası aldığını müəyyən ediblər”.
Yaralananların hamısı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı saxlanılanların olmadığı da bildirilib.
çap et