525.Az

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir


 

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir<b style="color:red"></b>

İyunun 27-si saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, Kürdəmir, Sabirabad, Neftçalada arabir şimşək çaxır, yağış yağır.

 





27.06.2026    çap et  çap et